İran neft hasilatının həcmini sanksiya qədərki səviyyəyə çatdırıb

© Sputnik / Murad OrujovНефтяные насосы в Баку
Нефтяные насосы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Apreldə İranda neft hasilatının həcmi sutkada 3,56 mln barelə çatıb.

BAKI, 12 may — Sputnik. İranda neft hasilatının həcmi sanksiya qədərki səviyyəyə çatıb.

APA-nın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin məlumatında bildirilir. Məlumata görə, apreldə İranda neft hasilatının həcmi sutkada 3,56 mln barelə çatıb. Bunun  2011-ci ilin noyabrından bəri ən yüksək göstərici olduğu bildirilir. Eyni zamanda, neft ixracının həcmi sutkada 2 mln barelə çatıb.  

İran neftinin ən iri idxalçısı Çin olub. Bu ölkə İrandan gündəlik 800 min barel neft idxal edib.  

Xəbər lenti
0