BAKI, 12 may — Sputnik. Bu gün İstanbulda partlayış törədilib.
Sputnik-in “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Sancaktepe rayonunda Samandıra hərbu kazarmasının yaxınlığında baş verib.
Osmanqazi prospektində yerləşən hərbi hissənin yaxınlığında minik avtomobili partladılıb. Partlayış hərbçilərin olduğu xidməti maşın keçərkən törədilib. İlkin məlumata görə, 6-sı hərbçi olmaqla, 7 nəfər yaralanıb.
Onlar xəstəxanaya yerləşdirilib.