BAKI, 12 may — Sputnik. Bu gün səhər Bakının Nizami rayonunda 3 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. Bu barədə Sputnik-ə rayonun polis idarəsindən bildiriblər. Polis nümayəndəsinin dediyinə görə, faciəvi hadisə Nizami Rayon İcra Hakimiyyətinin binasının əks tərəfində yerləşən Qara Qarayev küçəsi, 81 B ünvanındakı hündürmərtəbəli binada baş verib.
2013-cü ildə anadan olmuş Vəliyev İsa Rüstəm oğlunun meyidi bu səhər saat 10-da tapılıb. Qeyd edək ki, bundan xeyli əvvəl şahidlər meyidi tapıblar, amma valideynlərinin kim olduğunu müəyyən edə bilməyiblər.
Meyit morqa tanınmamış meyit kimi daxil olub. Sonra oğlanın şəxsiyyəti müəyyən edilib və məlum olub ki, hadisə səhər saat 7-də baş verib. Oğlan 12-ci mərtəbədən yıxılaraq ölüb.
"Oğlum oyanıb balkona çıxanda mən yatırdım. Balkonda barmaqlığın yanında stul olub, İsa ora çıxaraq aşağı düşüb. Əks təqdirdə o, düşə bilməzdi", — deyə uşağın anası bildirib.
Ana itən uşağını dərhal tapa bilməyib. Çünki hadisədən sonrakı saatlarda da yatmaqda davam edib. Oyanandan sonra uşağın yoxluğunu fərq edib.
Sonra məlum olub ki, uşaq səhər tezdən nənəsi bazara gedərkən yuxudan oyanıb. Bu vaxt onun valideynləri yuxuda olublar. Tək qalan körpə balkona çıxıb və oradan yıxılıb. İsa Vəliyev ailənin yeganə övladı olub.