CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qeyri-adi ocaq: insanlar burada özlərini yandırırlar

© Sputnik / Irade CelilAğasəlim Çıldağın ocağı
Ağasəlim Çıldağın ocağı - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzən insanlar çıldaqla nəzərçini, falçını səhv salırlar. Gəlib oturur, çıldaq edirəm. Sual veririr ki, "nədən qorxmuşam?" Mən o adamı başa sala bilmirəm ki, qardaş, mən çıldaqçıyam, falçı deyiləm.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. "Uşaq qorxub" — "Çıldağa apar", "Gecələr yata bilmirəm" — "Çıldağa get", "Çox əsəbiyəm, az qala boğuluram" — "Çıldağa üz tut"… 

Bu tip təmtəraqlı qəbirlər bir növ dəbə çevrilib və böyük məbləğdə xərc tələb edir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda qeyri-adi qəbiristanlıq: burada ölülər dəfn edilmir

Çıldağ haqqında çox eşitmişik. Mən özüm də dəfələrlə getmişəm. Anam bakılı olduğu üçün çıldağa inamı xüsusi olub. Uşaqlar xəstələnəndə, işlər qaydasında olmayanda, bir balaca narahatlıq olanda, hər zaman böyüklərimiz bizə çıldağın yolunu göstəriblər. Bəzən inanmasaq da, inanmış kimi göstərmişik özümüzü. Bəzən isə, ümidsizcəsinə inanmışıq.

Bu günlərdə yenə yolum çıldağa düşmüşdü. Daha doğrusu, anam dedi ki, "Qızım bir çıldağa get, deyəsən qorxmusan". Anamın təklifi bu reportajın ərsəyə gəlməsinə səbəb oldu. Dedim, gedim söhbət edim, görüm bu işin əsli nədir. Və çıldaqçı Əmirin qonağı oldum.

Bura Ağasəlim Çıldağın ocağıdır. Bu həyətdə bir neçə ev, bir neçə çıldaqçı olsa da, tək bir ocaq var. Həmin çıldaq ocağı müsahibimizin evindədir

Əmir danışır ki, çıldaq zamanı müəyyən nöqtələrə söndürülmüş köz vurulur. Bu zaman sinirlər ayılır: "Qorxu zamanı insanın sinirləri keyiyir. Çıldaq edən zaman biz bilirik ki, hansı möqtələrə vurmaq lazımdır. Həmin nöqtələrdə sinirlər var. İstilik dəydikcə sinirlər ayılır".

Müsahibimiz bildirir ki, bəzən insanlar çıldaqla nəzərçini, falçını səhv salırlar: "Gəlib oturur. Çıldaq edirəm. Sual veririr ki, "nədən qorxmuşam?" Mən o adamı başa sala bilmirəm ki, qardaş, mən çıldaqçıyam, falçı deyiləm. Və yaxud deyirlər ki, nəzərimi də "tut". Hamısı ondan irəli gəlir ki, son zamanlar çıldaq adı altında çox adamlar fəaliyyətə başladılar. Onlar qorxuluğu aldıqlarını iddia etməklə yanaşı, insanlara nədən qorxuqlarını deyir və ya fala da baxırlar. Bu isə insanları aldatmaq deməkdir. Nə yazıq ki, insanların da bu aldanışdan xoşu gəlir".

Onun sözlərinə görə, Maştağada əsas çıldaq Ağasəlim Çıldağın ocağıdır, ətrafda sonradan açılmış çıldaqlar isə ocaq deyil. Daha sonra müsahibimiz bizi evlərinin alt mərtəbəsinə aparıb oradakı çıldaq ocağını göstərir. Bu ocaqda onun ulu nənəsi çıldaqçılıq edirmiş. Bu ocağa hələ də gəlib nəzir verənlər az deyil.

Amma ailəarası söz-söhbətlərə görə, Ağasəlim ocağı bir neçə çıldağa bölünüb. Qohunlar öz aralarında ayın günlərini bölüşüblər. Əsl ocağa isə ayda bir həftə vaxt ayrılır.

Çıldaqçı bu barədə danışmaq istəmir. Amma özüm dəfələrlə bu ocağa getdiyim üçün müxtəlif insanlarla qarşılaşdığımı xatırlayıram. Bu evdə qadınlar ayrı, kişilər ayrı çıldaq edilir. Yəni qadınları qadın çıldaq edir. Amma o özü bizimlə danışmaq istəmədi bu haqda.

Əmirin sözlərinə görə, onların yeganə istəyi ocağın yolunu davam etdirib, insanlara yardım etməkdir: "Bəzi çıldaqçılar qiymət danışır. Bizdə isə elə deyil. Çox adam olub, gəlib, yardım etmişik gedib. Biz Allah yolunda çalışırıq, məqsədimiz bu işdən pul qazanmaq deyil, insanlara yardım etməkdir".

Onun dediyinə görə, çıldaq etmək üçün parça da xüsusi olmalıdır: "Yəni hər parçanı yandırıb insanların bədəninə basmaq olmaz. Çünki bəzi parçalar var ki, ağır yandıra bilər. Bu işlə məşğul olmaq kökdən gəlməlidir. Biz babalarımızın əlinə baxa-baxa öyrənmişik".

Xoruz döyüşü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda qeyri-adi mərc: meydan qana boyanmalıdır

Müsahibimiz qeyd edir ki, həyatda hər şeyin təməlində inam durduğu üçün bu ocağa da inamla gələnlər şəfa tapırlar: "Əsas inamlı olmaq lazımdır. Bizim haqqımızda çox yazıblar, TV verilişlər çəkiblər. Bizi televiziyadan görüb gələnlər də az deyil. Hətta bir dəfə bir qadın gəlib deyir ki, "məni o kişi çıldaq etsin". Başa saldıq ki, burada qadın çıldaqçı ayrıdır. O TV-də bizi görüb, inanıb gəlmişdi. Çox adam olub qucaqda gətiriblər, gedəndə özü gəzə-gəzə gedib. Yəni inam hər şeydir".

Orada olduğum müddətdə qadınlı-kişili onlarla insan gəldi. Səssizcə qollarını, ayaqlarını, kürəklərini açıb yandırılaraq qorxuluqlarının alınmasını gözləyirdilər.

Bəlkə də doğrudur, bəlkə də cahillik, deyə bilmərəm. Bircə onu bilirəm ki, hər gün onlarla insan bu ocağa üz tutur, burada ruhunu sakitləşdirir, şəfa tapır. Məhz elə buna görə də, bura bir dəfə gələn dəfələrlə gəlir.

Xəbər lenti
0