Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Azərbaycanda epidemioloji vəziyyət tamamilə nəzarət altındadır"

© Photo : REPORTSəhiyyə nazirliyi
Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Taun əleyhinə müəssisələrdə yoluxucu xəstəliklərin elektron müşahidə sistemi tətbiq edilib ki, bu da xüsusi təhlükəli infeksiyalara onlayn rejimində nəzarət etmək və əksepidemik tədbirlərin operativ həyata keçirilməsinə imkan verir

BAKI, 12 may — Sputnik. Azərbaycan Respublikasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə, o cümlədən taun, tulyaremiya, qarayara, bruselyoz, quş qripi, donuz qripi, Ebola və digər infeksiyalarla mübarizə tədbirləri Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyası tərəfindən həyata keçirilir.

Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyə Nazirliyi: ölkədə epidemioloji sabitlik qorunur

Bu gün Respublika Taun Əleyhinə Stansiyada (RTƏS), Azərbaycanda hazırkı epidemioloji duruma həsr olunmuş "dəyirmi masa"da bu haqda məlumat verilib. Səhiyyə Nazirliyinin, RTƏS-in, Respublika Gigiyena və Epidemiologiya Mrkəzinin səlahiyyətli şəxslərinin iştirak etdiyi tədbirdə bildirildi ki, RTƏS 1934-cü ildə təsis olunub və onun əsas fəaliyyət istiqaməti respublikamızda mövcud olan taunun təbii ocaqlarında profilaktik tədbirlərin həyata keçirilməsi olub.

"Zaman ötdükcə bu stansiya digər xüsusi təhlükəli infeksiyalara qarşı profilaktik və əksepidemik tədbirlərin aparılmasını da təmin edib. Hazırda onun 5 regional şöbəsi fəaliyyət göstərir. Son illərdə Xaçmaz, Lənkəran, İmişli, Şəmkir rayonlarında yerləşən şöbələri yeni tikilmiş binalara köçürülüb. Bu laboratoriyalar beynəlxalq qaydalara uyğun ən müasir tibbi avadanlıqla təchiz olunub", — deyə tədbirdə qeyd olundu.

Bunları nəzərə alaraq taun əleyhinə şöbələrin ətrafında yerləşən rayonların gigiyena və epidemiologiya mərkəzlərinin laboratoriyaları regional taun əleyhinə şöbələrdə mərkəzləşdirilib. Laboratoriyalarda beynəlxalq biotəhlükəsizlik qaydalarına riayət edərək müasir metodlardan, o cümlədən seroloji və zəncirvari polimeraz reaksiya üsullarından istifadə etməklə bir sıra təhlükəli xəstəliklərin diaqnostikası qısa vaxt çərçivəsində həyata keçirilir.

Hazırda, Respublika Taun Əleyhinə Stansiyasının yeni Mərkəzi Referens Laboratoriyasının binasının inşasının son tamamlanma və avadanlıqla təchizat işləri aparılır.Bu laboratoriya beynəlxalq səviyyədə mövcud olan 4 bioloji təhlükəsizlik səviyyəsindən 3-cü bioloji təhlükəsizlik səviyyəsində olacaqdır. Ən müasir diaqnostik avadanlıqlarla təchiz olunacaq laboratoriyada hətta gen səviyyəsində müayinələrin aparılması mümkün olacaq.

Respublika Taun Əleyhinə Stansiyasının və onun regional şöbələrinin mütəxəssisləri çoxsaylı beynəlxalq səviyyəli təlimlərdə hazırlıq keçmişlər. Stansiyanın mütəxəssislərindən təlimçilər də hazırlanıb ki, onlar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müvafiq kafedrasının işçiləri ilə birgə yerli kadrların hazırlanmasında fəal iştirak edirlər.

RTƏS-də müxtəlif elmi-tədqiqat işləri də aparılır. Stansiyanın elmi işçiləri çoxsaylı beynəlxalq konfranslarda çıxış edərək, hazırladıqları məruzə və posterlər vasitəsi ilə apardıqları elmi təcrübələr haqqında dünya alimləri ilə bölüşürlər.

"Taun əleyhinə müəssisələrdə yoluxucu xəstəliklərin elektron müşahidə sistemi tətbiq edilib ki, bu da yoluxucu xəstəliklərə, o cümlədən xüsusi təhlükəli infeksiyalara onlayn rejimində nəzarət etmək və əksepidemik tədbirlərin operativ həyata keçirilməsinə imkan verir", — deyə tədbirdə vurğulandı.

Sonda əlavə olunub ki, bu gun Respublika Taun Əleyhinə Stansiyası fiziki imkanların, elmi potensialın və mütəxəssis kadrların olduğunu nəzərə alaraq, dövlətimiz tərəfindən qarşısına qoyulmuş taun və digər xüsusi təhlükəli infeksiyalara qarşı epidemioloji salamatlığın qorunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə qadirdir.

Xəbər lenti
0