Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Rusiyadan qaz almaq istəyir

© müsavatRövnəq Abdullayev - SOCAR, AFFA, ACF-nin prezidenti
Rövnəq Abdullayev - SOCAR, AFFA, ACF-nin prezidenti - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Rövnəq Abdullayev: "Biz 7 milyard dollaradək ucuz və uzunmüddətli vəsait cəlb etmək niyyətindəyik. İnanıram ki, proses normal şəkildə aparılacaq"

BAKI, 11 may — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ildə 3-5 milyard kubmetrədək qaz almaq barədə Rusiyanın "Qazprom" şirkətinə təklif göndərib. Sputnik xəbər verib ki, bu barədə jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.

İlham Əliyev - Sputnik Azərbaycan
"İnkişaf etmiş ölkələrin heç biri neft və qazla zəngin deyil"

O, həmçinin "Cənub Qaz Dəhlizi" QSC-nin 7 mlrd. dollarlıq investisiya cəlb etmək niyyətində olduğunu da bildirib: "Biz bütün banklarla işləyirik. Bilirsiniz ki, "Cənub Qaz Dəhlizi" QSC 1 milyard dollar cəlb edib. Bu ilin sonuna qədər 1,5 milyard dolların cəlb olunması gözlənilir".

"Biz Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edirik. Ümumiyyətlə, biz 7 milyard dollaradək ucuz və uzunmüddətli vəsait cəlb etmək niyyətindəyik. İnanıram ki, proses normal şəkildə aparılacaq", — deyə R. Abdullayev qeyd edib.

Xəbər lenti
0