BAKI, 11 may — Sputnik. Banqladeşdə "Camaat-i-İslami" partiyasının 73 yaşlı lideri Motiur Rəhman Nizami haqqında çıxarılan ölüm hökmü icra olunub. Sputnik Haberturk-ə istinadən xəbər verir ki, Rəhman Nizami çərşənbə günü ölkə paytaxtı Dəkkənin mərkəzi həbsxanasında asılıb.
Motiur Rəhman Nizami 2014-cü ildə ölüm hökmünə məhkum edilib. O, 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda Pakistanla müharibə aparılan zaman insanlığa qarşı törədilən cinayətlərdə müqəssir bilinib. Partiya lideri, xüsusilə müəllimlər, jurnalistlər və həkimlər də daxil olmaqla bir neçə yüz insanın qətlində günahlandırılırdı.