Davudoğlu Ərdoğanın qızının nikah şahidi olacaq

© Photo : Presidential Press Service, Pool via APTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Türkiyənin 11-ci prezidenti Abdullah Gülə də zəng edərək qızının toyuna dəvət edib

BAKI, 11 may — Sputnik. Türkiyənin bir neçə gün öncə istefa vermiş baş naziri Əhməd Davudoğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməya Ərdoğanla Səlcuq Bayrakdarın toyunda nikah şahidi olacaq.

Sputnik ensonhaber-ə istinadən xəbər verir ki, mayın 14-də olacaq nikah mərasiminə 6 min nəfərin qatılacağı gözlənilir. Ərdoğan, həmçinin Türkiyənin 11-ci prezidenti Abdullah Gülə zəng edərək qızının toyuna dəvət edib.

Xəbər lenti
0