CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ Konqresinin faylları ələ keçirildi

© AFP 2024 / JOEL SAGETHaker
Haker - Sputnik Azərbaycan
Abunə olmaq
Hakerlər şifrələnmiş fayllara giriş əldə etmək istəyən ABŞ-ın dövlət qurumlarından küllü miqdarda pul tələb edirlər.

BAKI, 11 may-Sputnik. Hakerlər ABŞ Konqresinin kompüter sisteminə hücum etməyi bacarıblar. Onlar kompüterləri şifrələyərək bloklanmış fayllara girişin əldə olunması üçün pul tələb ediblər.

Sputnik-in məlumatına görə, bu barədə Intercept məlumat yayıb.

"Son 48 saat ərzində Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) informasiya təhlükəsizliyi şöbəsi palatanın şəbəkəsinə üçüncü iştirakçı tərəfin hücumların artdığını qeyd edib. Hücumlar İnternet şəbəkəsindəki YahooMail və Gmail-in poçt təklifləri şəklində daxil olub." — deyə Konqresin daxili məlumatında bildirilir.

Nəşrin məlumatına görə, hakerlər Konqres əməkdaşlarına onların tanışlarının adından məktublar göndəriblər. İstifadəçi göndərilənin üzərinə basan kimi, virus kompüterdəki bütün faylları şifrələyib.

Nümayəndələr Palatasının administrativ şöbəsi haker hücumları ilə bağlı heç bir məlumat verməyib. ABŞ Senatında (Konqresin yuxarı palatası) isə informasiyalara girişin məhdudlaşdırılması ilə bağlı heç bir hal qeydə alınmayıb.

Nəşr qeyd edir ki, Nümayəndələr Palatasının İnternet şəbəkəsinə giriş indiyə qədər məhdud olaraq qalır. Baxmayaraq ki, Wi-Fi və Ethernet məlumatların ötürülməsi sistemi hələ də açıqdır.

Bu, ABŞ dövlət orqanlarının kompüter sistemlərinin haker hücumuna məruz qaldığına dair ilk fakt deyil. Ötən il kibercinayətkarlar ABŞ-ın federal vergi idarəsinin verilənlər bazasını sındırmağa müvəffəq olmuşdular. Nəticədə 700 min amerikalı vergi ödəyicisinin şəxsi göstəriciləri barədə məlumatlar kənara sızmışdı.

Intercept bu faktları sadalayaraq ABŞ-ın virtual sisteminin etibarlı olmadığını, bunun ölkənin təhlükəsizliyi üçün ciddi maneə olduğunu qeyd edib.

Daha əvvəl də ABŞ KİV-ləri 2001-ci ilin 11 sentyabr terror aktından sonra federal sistemin təhlükəsizliyinin bərbad olduğunu yazırdı. İndi isə yerli KİV yazır ki, 11 sentyabrdan 15 il keçməsinə baxmayaraq, ABŞ-ın virtual sistemə nəzarətində kifayət qədər boşluqlar var. Bu boşluqlar onun təhlükəsizliyinə ciddi problem yaradır. Elə bu hal ABŞ-ın beynəlxalq terrorizm də daxil olmaqla bir sıra sahələrdə apardığı mübarizəni effektsiz edir.

Xəbər lenti
0