CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtərdə düşmənin atdığı qadağan olunmuş fosforlu mərmi aşkarlanıb

© Photo : ANAMAВ селе Аскипара был обнаружен неразорвавшийся фосфорный артиллерийский снаряд калибра 122 мм
В селе Аскипара был обнаружен неразорвавшийся фосфорный артиллерийский снаряд калибра 122 мм - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi mayın 10-da Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar barədə hesabat yayıb.

BAKI, 10 may — Sputnik. Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş kimyəvi tərkibli (ağ fosforlu) partlamamış hərbi sursat aşkarlanıb.  

Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 10-da Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında yaydığı hesabatda  bildirilir.   

Hesabata əsasən, 10 may tarixində 4 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 12 partlayış yerinə baxış keçirilib, 2 ədəd (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd  152 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar edilib). Ağ fosforlu mərmi Tərtər rayonunun Əskipara kəndi ərazisində, digər mərmi isə rayonun Qarağacı kəndi ərazisində aşkarlanıb. Gün ərzində 42 884  kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel — 10 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 457 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 419 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Xəbər lenti
0