ELM

Orta məktəbi qurtara bilməyənlər üçün yeni şans

© Photo : REPORTİmtahan
İmtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat imtahanları keçiriləcək.

BAKI, 10 may — Sputnik. Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Sputnik Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verir ki, eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq.

Eksternat qaydasında imtahan vermək üçün İdarəyə 533 nəfər müraciət edib.

İmtahanlar 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulub, hər imtahan günü üçün 2 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin və buraxılış vərəqəsinin gətirilməsi vacibdir.

Xəbər lenti
0