BAKI, 10 may – Sputnik. Türkiyənin Diyarbəkir şəhərində polislərə qarşı terror aktı törədilib.
Sputnik-in Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, şəhərin Batıkənt meydanında polisləri daşıyan avtobusda partlayış baş verib. Nəticədə 12-si polis əməkdaşı olmaqla, 45 nəfər yaralanıb, 3 nəfər isə həlak olub.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib. Yaralılar xəstəxanalara daşınıb.