BAKI, 10 may — Sputnik. İran Tehran-Yerevan istiqmətində uçan təyyarənin qəzaya uğrmasına görə Rusiya şirkətini ittiham edib. Sputnik RİA-ya istinadən xəbər verir ki, bunu Tehran Prokurorluğunun təmsilçisi Qazi Şəhriyari bildirib.
Onun sözlərinə görə, "Caspian Airlines" hava şirkətinə məxsus olan və 2009-cu ilin iyulun 16-da Tehran-Yerevan istiqamətində uçan "Tu-154" sərnişin təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya qərar gəlib ki, qəzaya görə Rusiya şirkəti məsuliyət daşıyır.
Təyyarənin göyərtəsində 153 sərnişin, o cümlədən iki uşaq və 15 heyət üzvü olub. Ermənistan, Gürcüstan və İran vətəndaşı olan sərnişinlərin hamısı hadisə nəticəsində ölüb. Sərnişinlərin 35 —i erməni soyadı daşıyıb.
Xatırladaq ki, 1994-cü il martın 17-də Ermənistan silahlıları İslam Respublikasının Rusiyadakı səfirliyinin əməkdaşlarının olduğu "Herkules C-130" hərbi nəqliyyat təyyarəsini Xankəndi səmasında vurmuşdu. Yerevanın bu terror əməli nəticəsində 9 uşaq olmaqla 19 sərnişin və 13 nəfərdən ibarət heyət üzvü həyatını itirmişdi.