BAKI, 10 may — Sputnik. Mayın 10-da Dövlət Neft Fondu (DNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu barədə DNF-dən Sputnik-ə məlumat verilib.
Fonddan bildirilib ki, bu vəsaitdən 27,8 milyon ABŞ dolları məbləğində vəsait 12 banka və 20 milyon ABŞ dolları məbləğində vəsait isə Mərkəzi Banka satılıb. İl ərzində Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.