BAKI, 10 may-Sputnik. "Svop əməliyyatları nəzərə alınmadan Azərbaycan Mərkəzi Bankı fəaliyyəti dövründə bank sektoruna təxminən 1 milyard manat həcmində kredit verib".
Sputnik APA-Economics-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu kreditlərin əhəmiyyətli hissəsi dövlət zəmanəti ilə verilib: "Bu kreditlər əsasən sosial əhəmiyyətli layihələr üçün verilən kreditlərdir".