Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qələbə birləşdirir: Bakıda "Ölməz alay" aksiyası keçirilib

Abunə olmaq
Əllərində Böyük Vətən Müharibəsində iştirak etmiş qohumlarının şəkilləri olan minlərlə insan artıq vəfat etmiş insanların xatirəsini yad ediblər.

Bütün dünya üzrə "Ölməz alay"ın yürüşləri keçirilir. İsrail, Moldova, Kipr, İtaliya, Çin, Avstraliya, həmçinin Azərbaycan vətəndaşları əllərində Böyük Vətən Müharibəsində döyüşmüş baba-nənələrinin şəkillərini tutaraq yürüş keçirirlər.

İldən-ilə aksiyanın keçirildiyi şəhərlərin sayı artır. Bu il Bakı da bu cərgəyə qoşulub.

Böyük Qələbənin 71-ci ildönümü günündə "Ölməz alay" aksiyasının təşkilatçıları, Azərbaycan Kazaklar Birliyi, "Qardaşlıq qəbri"nin önünə toplaşaraq burada dəfn olunan döyüşçülərin xatirəsini yad ediblər.

Həmçinin Retro Cars birliyinin nümayəndələri ilə birlikdə Qələbə Gününə həsr olunmuş avtoyürüş keçirilib.

 

Xəbər lenti
0