Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah hava buludlu olacaq

© Sputnik / Murad OrujovBakıda dəyişkən buludu hava
Bakıda dəyişkən buludu hava - Sputnik Azərbaycan
Abunə olmaq
Qələbə Günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 8 may — Sputnik. Sabah, 9 may Qələbə Günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən Sputnik-ə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu,  nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Mayın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağış gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25,  dağlarda gecə —3-8,  gündüz —14-19  dərəcə isti olacaq.

Xəbər lenti
0