SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-dan Türkiyəyə ittiham

© REUTERS / Osman Orsal“Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündar Ankarada mətbuat nümayəndələrinə müsahibə verir
“Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündar Ankarada mətbuat nümayəndələrinə müsahibə verir - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev: Can Dündar və Ərdəm Gülün həbsi bizi narahat edir.

BAKI, 7 may – Sputnik. ABŞ Dövlət Departamenti Türkiyədə jurnalistlər barəsində çıxarılan ittiham hökmünü pisləyib.

Sputnik xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətindən açıqlama verilib.

“Birləşmiş Ştatlar, dövlət sirrinin yayılmasında təqsirləndirilən Türkiyənin müxalif “Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara bürosunun rəhbəri Ərdəm Gülün işi üzrə çıxarılan ittiham hökmlərindən narahatdır”, — deyə Dövlət Departamentinin bəyanatında qeyd olunur.

Rəsmi Vaşinqton çıxarılan ittiham qərarları ilə əlaqədar olaraq “Türkiyə hökumətini demokratik və şəffaf cəmiyyətin ayrılmaz hissəsi olan müstəqil və heç bir məhdudiyyət qoyulmayan mətbuata dəstək verməyə çağırıb”.

Jurnalistlər Can Dündar və Ərdəm Gül dövlət sirrini açmaqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ağ Ev-dən belə bir açıqlamanın verilməsini bir çox türk politoloq və siyasi xadimlər ikiüzlü adlandırıb. Türk siyasi icmalçılar, ABŞ Mərkəzi Kəşfiyyat agentliyinin sirrlərini dünyaya yaydıqdan sonra Rusiyaya sığınan Edvard Snoudeni misal çəkiblər.

Xatırladaq ki, Mərkəzi Kəşfiyyat agentliyinin keçmiş üzvü Edvard Snouden hazırda ABŞ-da vətən xaini hesab edilib. İnterpol tərəfindən axtarışda olan Snouden həbs olunacağı təqdirdə onu edam cəzası gözləyir. 

Xəbər lenti
0