BAKI, 7 may – Sputnik. İstanbulda 2 ABŞ əsgərinin başına çuval keçirilməsi ilə əlaqədar keçirilən məhkəmə prosesi başa çatıb.
Sputnik CNN Türk-ə istinadən xəbər verir ki, Türkiyə Gənclik Birliyinin 13 üzvünün mühakimə olunduğu prosesdə qərar açıqlanıb.
Məhkəmə 5 şübhəlini 4 min lirə (təxminən 1350 dollar) cərimə ödəməyə məhkum edib.
Xatırladaq ki, 2003-cü il iyulun 4-də Amerika əsgərləri İraqın Süleymaniyyə şəhərində Türkiyə zabitlərinin olduğu qərargaha basqın təşkil edib. Amerika əsgərləri türk əsgərlərinin başlarına çuval keçirib onları Bağdada aparıb. Buna cavab olaraq 2014-cü ildə Türkiyə Gənclik Birliyinin (TGB) üzvləri İstanbulda ABŞ əsgərlərinin başına çuval keçirmişdilər.