SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

YAP üzvlərinin sayı 700 minə çatdı

© Sputnik / Fuad HasanovƏli Əhmədov
Əli Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə çıxış edən partiyanın icra katibi Əli Əhmədov deyib ki, hər il təqribən 25 min insan YAP-a üzv qəbul olunur.

BAKI, 6 may – Sputnik. Yeni Azərbaycan Partiyasına üzv olanların sayı 700 min nəfərə çatıb.

Sputnik xəbər verir ki, bu gün YAP-ın Mərkəzi Qərargahında bununla bağlı toplantı keçirilib. 

Tədbirdə çıxış edən partiyanın icra katibi Əli Əhmədov deyib ki, hər il təqribən 25 min insan YAP-a üzv qəbul olunur.

“Partiyamıza üzvlər arasında gənclər üstünlük təşkil edir. Son illər isə tələbə və ali təhsilli gənclər arasında YAP-a üzv olanların sayı artıb”. 

Ə.Əhmədov bildirib ki, belə bir günün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsinə təsadüf etməsi çox xoş andır: “YAP-ın sıraları kifayət qədər genişdir. Hakim Partiya sürətlə öz sıralarını genişləndirir. Əlbəttə, bu, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və cənab Prezidentin həyata keçirdiyi siyasətə dəstəkdən xəbər verir. Gənclərin YAP-ın sıralarına üzv olmağını da təbii hesab edirəm. Ayrı-ayrı idarələrdə, qurumlarda xeyli sayda gənclər önə çəkilir”.

Yığıncaqda YAP-ın İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri Eldar İbrahimov, Məlahət İbrahimqızı və mətbuat nümayəndələri iştirak ediblər.

Daha sonra Əli Əhmədov YAP-ın 700 mininci vəsiqəsini Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi, qəbul imtahanlarında 690 bal toplayan prezident təqaüdçüsü Məmmədova Xatın Fərhad qızına təqdim edib.

Xəbər lenti
0