Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır

© Photo : mod.gov.azQoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır
Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan SQ-nin hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.

BAKI, 6 may — Sputnik. Azərbaycan müdafiə nazirinin tapşırığına əsasən qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib. Bu barədə Sputnik müdafiə nazirliyinin saytına istinadən məlumat verir.

“Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları cəmləşmə rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə və müəyyən edilmiş normalara uyğun müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.

Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidmətləri təşkil olunub.

Xəbər lenti
0