AKP-nin fövqəladə qurultayının gündəliyi açıqlandı

© REUTERS / Umit BektasƏhməd Davudoğlu
Əhməd Davudoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Qurultayda təşkilati məsələlərə baxılacaq. Bunlardan biri də partiya sədrinin seçilməsidir. Qurultayda yetərsay olmadığı halda fövqəladə qurultay eyni gündəliklə mayın 23-də keçiriləcək.

BAKI, 6 may — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bu ayın 22-də keçiriləcək ikinci fövqəladə qurultayının gündəliyi açıqlanıb. Sputnik Haber10-a istinadən xəbər verir ki, qurultayın gündəliyinə 10 məsələ daxil edilib.

Qurultayda təşkilati məsələlərə baxılacaq. Bunlardan biri də partiya sədrinin seçilməsidir. Proqrama əsasən, qurultayda yetərsay olmadığı halda fövqəladə qurultay eyni gündəliklə mayın 23-də keçiriləcək.

Qeyd edək ki, AKP-nin qurultayı mayın 22-si saat 12.00-da (Bakı vaxtı ilə) Ankarada, Doğanbey məhəlləsində, Ankara Spor Salonunda başlayacaq.

Xəbər lenti
0