CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ailə Məcəlləsinə dəyişiklik edilə bilər

Abunə olmaq
Dəyişikliyə əsasən, bundan sonra məhkəmə, həm də uşaq həmin valideynin yanında deyilsə, onun digər valideyndən alınıb, yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməlidir.

BAKI, 6 may — Sputnik. Bu gün Milli Məclisin ailə, qadın və uşaq məsələləri, əmək və sosial siyasət, gənclər və idman komitələrinin birgə iclasında Ailə Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Sputnik xəbər verir ki, dəyişikliklərdən biri boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə əlaqədardır.

Dəyişikliyə əsasən, bundan sonra məhkəmə, həm də uşaq həmin valideynin yanında deyilsə, onun digər valideyndən alınıb, yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməlidir. Mövcud qanunvericiliyə görə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalmasını müəyyən etməlidir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti
0