Azərbaycan xalçasının vurğunu olan psixoanalizin banisi

© AP PhotoZiqmund Freyd 1928-ci ildə
Ziqmund Freyd 1928-ci ildə - Sputnik Azərbaycan
Abunə olmaq
Psixoanaliz elminin banisi Ziqmund Freyd 1856-cı il mayın 6-da anadan olub.

BAKI, 6 may — Sputnik. Ziqmund Freyd, doğma adı ilə Sigismund Şlomo Freyd 6 May 1856 – 23 Sentyabr 1939-cu il tarixləri arasında yaşamış psixoanaliz elminin banisi avstriyalı nevroloqdur. Milliyyətcə yəhudidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (yaxud "analisand") və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.

Sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma Freyd tərəfindən işlənmişdir. "Psixodinamik"terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və şüur arasında arasıkəsilməyən mübarizəni nəzərdə tutur.

Psixoanalitik müəlliflər kişi və qadın arasındakı psixoloji fərqlərə diqqət yetirir, lakin qadın gender rollarının inkişafı barədə çox vaxt kişi inkişafı ilə bağlı təsəvvürlərə əsaslanaraq ümumi nəzəri nəticə çıxarmağa cəhd göstərirdilər. Patriarxallıq motivləri başlıca əlamət kimi bütün psixoanalizdən keçir və qadın kiçilmiş kişi olaraq qəbul edilir.

Freydin başlıca nailiyyətləri arasındaüç komponentli ("o", "mən" və "Super mən") quruluşa malik psixi model, şəxsiyyətin psixoseksual inkişafının spesifik mərhələləri, edip kompleksi, psixikada mövcud olan müdafiə mexanizmlərinin aşkarlanması, "təhtəlşüur" anlayışının psixologiyalaşdırılması, sərbəst assosasiyalar və yuxuyozmalar kimi terapevtik metodların yazılanmasını qeyd etmək mümkündür.

Freydin şəxsiyyətinin və onun ideyalarının psixoanalizə göstərdiyi təsir böyüklüyünə baxmayaraq, bəzi alimlər onun əsərlərini intellektual şarlatanlıq adlandırırlar. Freydizm nəzəriyyəsinin hər bir postulatı Karl Yapers, Erix Fomm, Albert Ellis, Karl Kraus və d. alimlər tərəfindən tənqid edilmişdir.

1873-cü ildə Freyd Vyana universitetinin Tibb fakültəsinə daxil olur. həmin illər ərzində onunla tələbə yoldaşları arasında milli zəmində konflitklər baş verirdi. Belə ki, həmin dövrdə Avstriyada antisemitizm meylləri güclənməkdə idi. Ziqmund anatomiya və kimya ilə maraqlanır,həmçinin məhşur fizioloq və psixoloq Ernst fon Brükkenin mühazirələrinə qulas asmağı sevirdi. Freyd həmçinin məhşur zooloq Karl Klausun dərslərinə gedirdi.

Ziqmund Freyd tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

O kokainin dadına ilk dəfə 1884-cü ildə baxıb. Dahi psixoanalitik onun təsirindən heyrətlənib. Kokain onu depressiyadan xilas edib və özünəinamı gücləndirib. O zaman gənc alim kokaini astmanın, depressiyanın, nevrozun dərmanı kimi istifadəsini məsləhət görüb. Freyd kokainin xassələri haqda məqalələr də yazıb. Sonralar yaxın dostu Ernst fon Flyayşl kokaindən öləndən sonra o, fikrindən daşınıb. Freydə kokaindən xilas olması üçün uzun zaman lazım olub.

Psixoanalizin banisi Ziqmund Freyd həm də səyahət, əntiq əşyalar həvəskarı, şərqşünas kimi tanınırdı. O, şərq dillərini öyrənir, şərq incəsənət nümunələrindən, o cümlədən xalçalardan kolleksiya yığırdı. Onun yaşadığı əvvəlcə Vyana, daha sonra Londondakı evi heykəltəraşlıq nümunələri, müxtəlif mebel əşyaları ilə bəzədilirdi. İnteryerin əsas tərtibatını isə ecazkar xalça və xalça məmulatları təşkil edirdi.

Freydin ev muzeyindəki xalçaların çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, psixoterapevt üçün bu qədim sənət növü nümunələri xüsusi əhəmiyyət kəsb edirdi. İstər divarlarda, döşəmədə, istərsə də mebellərin üzərində xalçaların, rəngarəng kilimlərin olması həm də onun incə zövqündən xəbər verir. Amma Freyd xalçaları sadəcə evinə bədii gözəllik vermək üçün döşəmirdi. O, xalçalardan pasiyentlərinin seanslarını daha səmərəli etmək, daha dolğunlaşdırmaq məqsədi ilə istifadə edirdi.

Z. Freyd tibb praktikasında əsasən azad assosiasiyalar üsulundan istifadə edirdi. Onun pasiyentlərinə taxtda rahat uzanmaq, nə qədər cəfəngiyat olsa, xoşagəlməz, ədəbsiz görünsə belə ağıllarından keçən hər şeyi danışmaq təklif edilirdi. Psixoterapevt xəstələri ilə saatlarla söhbətləşər, onların davranışını, yuxularını, danışdıqlarını analiz edərdi. Freyd xəstələri qəbul etdiyi otağı, onların uzandığı taxtı da (çarpayını da) xalçalarla döşəyirdi. Bununla o, bir neçə saat davam edən psixoanaliz seanslarına uyğun mühit, ab-hava yaradırdı. Maraqlısı odur ki, Freyd xalça seçimində Cənubi Azərbaycanda toxunan xalçalara üstünlük veriridi. Xəstələri qəbul etdiyi otaq başdan-başa qaşqaylara məxsus xalça və kilimlərlə döşənib. Freydin bu seçimi təsadüfi deyil.

Parlaqlığı, rəngarəngliyi və sadəliyi ilə fərqlənən qaşqay xalçaları, çox güman ki, xəstələrə rahatlıq, ruh yüksəkliyi gətirirdi. Zərif toxunuşlu bu xalçaların rəng palitrası, incə naxışları yuxu danışmaq üçün lazım olan bir mənzərə yaradırdı. Qaşqay xalçası üzərində uzanan pasiyentlər öz xatirələrini, arzularını, fantaziyalarını danışır, problemlərini bölüşür, əvəzində isə xalçanın ötürdüyü müsbət enerji sayəsində sakitlik, dinclik tapırdılar.

Ziqmund Freydin qonaq otağında yerə salınan əntiq xalça isə Cənubi Azərbaycanın digər bölgəsində – Sultanabadda toxunub. Bədii tərtibatına görə Heris xalçalarını xatırladan bu xalça yüksək keyfiyyəti, zəngin və isti rəng palitrasıilə göz oxşayır. XIX əsrin sonlarında Cənubi Azərbaycanda Avropa bazarına hesablanan xalçaların dizaynında Qərb üslubu tətbiq edilir, qərblilərin tələbatına uyğun xalçalar toxunurdu. Elə bu xalçada da qərbə məxsus rəng palitrasından istifadə edilib. Xalça palmetlərlə, nəbati naxışlarla bəzədilib. Xalçanın rəng həlli qızılı, fil dişi və darçını rənglərlə tərtib edilib. Yaşıl və sarı rənglərin müxtəlif tonları isə xalçaya kübarlıq gətirir.

Xəbər lenti
0