SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan XİN: hökumətin “DQR”in tanıması ilə bağlı məlumatlar əsassızdır

© freeguides.meРеспублика Армения
Республика Армения - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan XİN hökumətin “DQR”in tanınması ilə bağlı qanun layihəsinə razılıq verdiyi barədə məlumatların əsassız olduğunu açıqlayıb.

BAKI, 5 may — Sputnik. “Ermənistan hökumətinin iki deputatın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir”.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil: “Ermənistan hansı halda Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib. Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini məlumatlandıracaq”.

Xatırladaq ki, bu gün Ermənistan hökuməti “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib. Sözügedən sənədi bu gün hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan təqdim edib.

Xəbər lenti
0