Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məmur süründürməçiliyindən qurtuluruq

© Official website of President of Azerbaijan Republic REPORTAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin "ASAN Kommunal" mərkəzlərinin yaradılmasına göstəriş verməsi cəmiyyətdə müsbət qarşılanıb. Vaxt itkisinin qarşısının alınmasını və bütün xidmətlərin bir mərkəzdən idarə olunması təqdirəlayiq hal hesab edilir.

BAKI, 5 may — Sputnik. BAKI, 5 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev "ASAN Kommunal" mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda "ASAN xidmət" mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən "ASAN Kommunal" mərkəzlərinin yaradılması və vahid şəkildə idarə edilməsini təşkil etmək tapşırılıb.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib ki, vətəndaş və ya sahibkar əvvəllər kommunal xidmətlərdən istifadə edən zaman "Azərişıq" ASC və ya "Azəriqaz" İB-yə müraciət edirdi, texniki şərt alırdı və onun evinə və ya biznesinə xəttin çəkilməsi, kommunal xidmətin çatdırılması kifayət qədər zaman və xərc alırdı. Onun fikrincə, texniki şərtin daha tez alınması, evə və ya biznes obyektinə xəttin çəkilməsi üçün ödənişlərin edilməsi tələb olunur.

"Bu da vətəndaşlar üçün əlavə xərc idi. Süründürməçilik halları olurdu və vətəndaş gözləmək məcburiyyətində qalırdı", — Bayramov bildirib.

Ekspertin fikrincə, yeni qaydaların tətbiqi imkan verəcək ki, daha qısa zamanda və əlavə ödənişlər olmadan kommunal xidmətlərdən istifadə etmək mümkün olsun: "Evinə mavi qaz çəkdirmək istəyən şəxs artıq bu sənədləşməni ASAN Xidmət vasitəsilə həyata keçirəcək. Burada sənədləşmə həyata keçiriləcək, rüsum ödəniləcək".

""Azərişıq" ASC, "Azəriqaz" və digər qurumların vətəndaşla, sahibkarla birbaşa ünsiyyəti olmayacaq. Onlar sadəcə texniki işi görəcəklər. Bu da korrupsiyanın aradan qaldırılması, şəffaflıq baxımından olduqca vacib bir addımdır", — deyə o bildirib.

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul da, kommunal xidmətlərdən istifadə edən vətəndaşların vaxt itkisinin qarşısının alınmasını, eyni zamanda bütün xidmətlərin bir mərkəzdən idarəolunması təqdirəlayiq hal hesab edir. O, Sputnik-ə açıqlamasında deyib ki, bunu hazırda elektron hökumətin təkmilləşdirilməsi ilə bağlı davam edən addımlardan biri hesab etmək olar.

© Photo : Qalib Togrulİqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul - Sputnik Azərbaycan
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul

"Amma bir məsələ var. ASAN Xidmət məkanında bu xidmətlərin göstərilməsi müəyyən mənada Xidmətin yüklənməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, kommunal xidmətlər göstərən bu cür müəssisələrin daha çox müqavilə əsasında özəl şirkətlərə idarəetməyə verilməsi daha doğru addım olardı", — Q. Toğrul əlavə edib.

Onun sözlərinə görə, son illər aparılan araşdırmalar da göstərir ki, kommunal xidmətlər göstərənlərin büdcədəki yükü çox böyükdür: "Onlar büdcədən böyük vəsaitlər alırlar, israfçılıqla xərcləyirlər. Tenderlərin keçirilməsində qeyri-şəffaflıq var. Ona görə də çox yaxşı olardı ki, həmin kommunal xidmət göstərən müəssisələr ("Azərişıq", "Azərsu" və s.) özəl şirkətlərə xüsusi qaydada tender əsasında idarəetməyə verilsin. Bu, bütün dünyada qəbul olunmuş bir metoddur. Dövlət-özəl tərəfdaşlığı deyilən bir anlayışdan irəli gələn əməkdaşlıqdır".

Xəbər lenti
0