Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ermənistanı atəşkəsi pozacaq addımlardan çəkinməyə çağırıb

© Sputnik / Natalia Seliverstova / Mediabanka keçidDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Peskov: "Biz bu kontekstdə verilən qərarları diqqətlə izləyirik. Düşünürük ki, münaqişə tərəfləri kifayət qədər kövrək olan atəşkəsi pozmaqla Dağlıq Qarabağ regionunda gərgiliyin eskalasiyasına səbəb olacaq addımlardan çəkinəcəklər"

BAKI, 5 may — Sputnik. "Moskva ümid edir ki, Qarabağ münaqişəsinin tərəfləri kövrək atəşkəsi poza biləcək addımlardan qaçacaq". Sputnik-in məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Sergey Lavrov - Sputnik Azərbaycan
TƏHLİL
"Moskva başa düşür ki, bütün məsuliyyət İrəvanın üzərinə düşəcək"

Jurnalistin, Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınması ilə bağlı layihəni Moskva ilə müzakirə edib-etməməsi barədə sualını cavablandırarkən Peskov deyib: "Bu məsələ Moskva ilə müzakirə olunmayıb. Biz bu kontekstdə verilən qərarları diqqətlə izləyirik. Düşünürük ki, münaqişə tərəfləri kifayət qədər kövrək olan atəşkəsi pozmaqla Dağlıq Qarabağ regionunda gərgiliyin eskalasiyasına səbəb olacaq addımlardan çəkinəcəklər".

Ermənistan hökuməti bugünkü iclasında qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qanun layihəsini müsbət qiymətləndirib. Qanun layihəsinin müəllifi müxalifətdən olan deputatlar Zarui Postancanyan və Hrant Baqratyandır.

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan öz çıxışında deyib ki, bu qanun layihəsinin hökumət tərəfindən parlamentə təqdim olunması qərarı Ermənistanla "Qarabağ" arasında daxili və xarici faktorların müzakirəsi nəticəsində ortaya çıxıb. Qanun layihəsi müzakirəsiz və çıxışlar olmadan qəbul edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə müsahibəsində deyib ki, erməni parlamentarilərin Dağlıq Qarabağın tanınmasına dair təşəbbüsləri ilə bağlı panikaya əsas görmür. Çünki İrəvan bəyan edib ki, regionun statusunu birtərəfli qaydada təyin etməyəcək.
Ermənistan XİN isə bu günlərdə bəyan edib ki, "Bakı yeni aqressiv siyasətini davam etdirəcəyi təqdirdə" İrəvan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Ermənistan parlamenti sözügedən qanun layihəsini mayın 10-da müzakirəyə çıxarmağı planlaşdırır.

Xəbər lenti
0