CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Google" əleyhinə imzatoplama kampaniyası başladı

© Photo : PrtScrGoogle Azərbaycan ərazilərinin adlarını təhrif edir
Google Azərbaycan ərazilərinin adlarını təhrif edir - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət Azərbaycan ərazilərinin adlarını təhrif edir. "Google Map" əlavəsində Azərbaycanın Ermənistanın silahlı təcavüzü nəticəsində işğal olunmuş ərazilərində yerləşən coğrafi adlar erməni toponimləri ilə dəyişdirilir.

BAKI, 5 may — Sputnik. "Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu" İB dünyanın məşhur petisiya saytı olan change.org saytında, "Google" axtarış sisteminin "Google Map" əlavəsində Azərbaycan ərazi vahidlərinin erməni adları ilə təqdim olunmasına etiraz etmək məqsədi ilə imza toplama kampaniyasına başlayıb.

Russian FM Sergei Lavrov hold annual press conference - Sputnik Azərbaycan
Google Translate-in "siyasi səhvlər"i

Sputnik xəbər verir ki, kampaniyanın azərbaycanlı təşəbbüskarları "Google" şirkətinin "Google Map" əlavəsində Azərbaycanın Ermənistanın silahlı təcavüzü nəticəsində işğal olunmuş ərazilərində yerləşən coğrafi adların erməni toponimləri ilə dəyişdirilməsi hallarının şahidi olduqlarını bildiriblər (Ağdam şəhəri — Akna; Akn; Hakaku; Xocalı şəhəri — İvanyan, Aigestan; Qubadlı şəhəri — Sanasar; Laçın şəhəri — Berdzor; Cəbrayıl şəhəri — Jrakan və s).

Aparılan araşdırmalar zamanı məlum olub ki, ermənilər tərəfindən məkrli şəkildə adları dəyişdirilən, hazırda Azərbaycanın işğal olunmamış bəzi əraziləri də "Google Map" xəritəsində axtarış zamanı məhz qondarma adla çıxır (Partav — Bərdə, Zod aşırımı — Sotskiy Pereval, Qaradağlı — Varanda).

Kampaniyanı keçirən "BİTİ" Google şirkətindən Ermənistan tərəfindən işğal olunan tarixi Azərbaycan ərazilərinin adlarının təhrifini aradan qaldırmasını xahiş edir. "BİTİ" Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında hər kəsi bu kampaniyada aktiv olmağa dəvət edir. Səs vermək istəyənlər https://www.change.org/p/the-white-house-google-do-not-exchange-the-names-of-azerbaijani-territories linkinə daxil olub səsvermədə iştirak edə bilərlər.

Xəbər lenti
0