Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Himnin sözlərini yazdığına görə işgəncəyə məruz qalmış ədib

© Photo : Public DomainƏhməd Cavad
Əhməd Cavad - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının himninin sözlərinin müəllifi Əhməd Cavad 1937-ci ildə antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.

BAKI, 5 may — Sputnik. İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub.

Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Ədib həmçinin filoloq ("Türk dilinin morfologiyası və sintaksisi" kitab) və tərcüməçi olub, V.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. 

Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.

Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.

Şeirləri 1913-cü ildən çap edilib. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxıb. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunub. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.

Əhməd Cavadın həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların mahiyyətini başa düşmək üçün materialların yalnız sərlövhələrini burada xatırlamaq kifayətdir: "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) və i.a. (Akademik Bəkir Nəbiyevin "Əhməd Cavad" adlı əsərindən Bakı: "Ozan" nəşriyyatı, 2004. – səh. 29).

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub.

Xəbər lenti
0