BAKI, 4 may — Sputnik. Gəncə şəhər sakinin evində bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.
APA-nın verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirən şəxs müəyyən olunaraq saxlanılıb. Məlum olub ki, cinayəti törədən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü İlham Abbasovdur. İlkin ehtimala görə qətl borc üstündə törədilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.