Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ-da kritik qərar: dollar yenidən bahalaşacaq

© Sputnik / Murad OrujovABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatların Federal Ehtiyatlar Sisteminin mühüm qərar açıqlayacağı gözlənilir. Gözlənilən addım atılarsa, dünyada ABŞ valyutasının məzənnəsinin yenidən artacağı qaçılmazdır.

BAKI, 4 may — Sputnik. ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) üzvlərinin iyun ayında uçot dərəcəsinin artırılmasına yaşıl işıq yandırması, inkişaf edən ölkələrin pul vahidlərinin aşağı düşməsinə səbəb olub. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, Atlantanın FED rəhbəri Dennis Lockhart iyunda faiz artımının gerçək bir variant olduğunu söyləyib.

San-Fransisko FED rəhbəri John Villiams da iqtisadi vəziyyətin yaxşı olduğu təqdirdə növbəti yığıncaqda faiz artımını dəstəkləyəcəyini söyləyib. Cümə günü açıqlanacaq ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi faiz artımı üçün kritik əhəmiyyət daşıyacaq.

Xəbər lenti
0