BAKI, 4 may — Sputnik. İran telekanallarının birində aparıcı canlı yayımda ölüb. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, əmək bayramı ilə bağlı yayımlanan buraxılışda verilişin aparıcısı Əhməd Kaimi qabaqcıl işçilərin adlarını səsləndirən zaman yerə yıxılıb.
Əlində mikrofonu ilə yerdə uzanan aparıcını xəstəxanaya aparmaq istəyiblər. Ancaq 40 yaşlı aparıcının canlı yayımda infarkt keçirdiyi üçün vəfat etdiyi məlum olub.
Qeyd edək ki, Əhməd Kaimi İranın dövlət televiziyasında aparıcılıq və şoumenlik edib.