Yeni doğulan körpə həkimləri dəhşətə gətirdi

© Photo : STRUttar Pradeş əyalətinə bağlı Sahranpur şəhərində dünyaya gələn körpə
Uttar Pradeş əyalətinə bağlı Sahranpur şəhərində dünyaya gələn körpə - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq "dəniz qızı" kimi, ayaqları bir-birinə yapışıq olaraq dünyaya gəlib. Onun əl barmaqlarının da eynilə bir üzgəc kimi bir-birinə yapışıq olduğu ortaya çıxıb. Körpənin cinsiyyəti də bəlli deyil.

BAKI, 4 may — Sputnik. Hindistanın şimalındakı Uttar Pradeş əyalətinə bağlı Sahranpur şəhərində doğulan bir körpə görənləri şoka salıb. Belə ki, uşaq "dəniz qızı" kimi, ayaqları bir-birinə yapışıq olaraq dünyaya gəlib. Sputnik atv.az-a istinadən xəbər verir ki, körpənin əl barmaqlarının da eynilə bir üzgəc kimi bir-birinə yapışıq olduğu ortaya çıxıb.

Suriyalı qızın son məktubu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Suriyalı körpə qızın vəsiyyəti ürəkləri dağladı

22 yaşlı ana tibb tarixində çox nadir rast gəlinən bir körpə dünyaya gətirib. Körpə "dəniz qızı sindromu" adı verilən bir anormallıqla dünyaya gəlib. Ayaqları bir-birinə yapışıq olan və cinsiyyəti təyin olunmayan körpə doğuşdan sonra cəmi 10 dəqiqə yaşayıb.

Qeyd edək ki, bu, tibb tarixinə keçən dördüncü hadisədir. Bu xəstəlikdə cinsi orqan görünmür. Bu cür doğulan körpələrin əksəriyyətinin sidik kisəsi inkişaf etməmiş olur. Onlarda böyrək və ifrazat sistemi orqanları doğru şəkildə işləmir.

Bu səbəbdən körpə doğulandan qısa bir müddət sonra ölür. Ancaq dünyada "dəniz qızı sindromu" ilə doğulub, sonardan əməliyyatla ayrılaraq yaşayan iki adamın olduğu bilinir.

Xəbər lenti
0