Abşeron yarımadasında qısamüddətli yağış gözlənilir

© Sputnik / Murad OrujovBakıda yağışlı hava
Bakıda yağışlı hava - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 10-15, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

BAKI, 4 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Meteohəssas insanlar - Sputnik Azərbaycan
Yaxın 2 gün meteohəssas insanlar üçün əlverişli olacaq

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah səhər paytaxt və yarımadada zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-15, gündüz 19-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 5-də hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Xəbər lenti
0