CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid hərbçilərimizin kredit borcları bağlandı

© Sputnik / Murad OrujovAzərbaycan Beynəlxalq Bankının Baş ofisi
Azərbaycan Beynəlxalq Bankının Baş ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Beynəlxalq Bankı, şəhid hərbçilərimizin ailə üzvlərinin müvafiq bank filiallarına fərdi müraciətləri əsasında onların kredit borclarının bağlanması ilə bağlı qərarını icra edib

BAKI, 4 may — Sputnik. Azərbaycan Beynəlxalq Bankı (ABB) aprelin əvvəlində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı şəhid olmuş hərbçilərimizin kredit borcları ilə bağlı qərarını icra edib. Bu barədə Trend-ə Bankdan məlumat verilib.

Vidadi Cavadov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölümlə çarpışan hərbçinin maaşından pul tutulur

Bildirilir ki, araşdırmaların nəticələrinə əsasən, bu şəxslərdən hər hansı birinin Banka kredit borcunun olması müəyyənləşdiyi halda borc öhdəliyi bağlanıb. Araşdırmalar və kredit öhdəliklərinin ləğvi şəhid hərbçilərimizin ailə üzvlərinin müvafiq bank filiallarına fərdi müraciətləri əsasında aparılıb.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətəndaşlarımıza rəhmət diləyir, yaralılarımızın tezliklə sağalaraq Vətənə şərəfli xidmətlərini davam etdirmələrini arzulayır.

Xəbər lenti
0