Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Təbiət fermerlərə qənim kəsilib

© Sputnik / Shahperi AbbasovaQeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub
Qeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyri-sabit hava şəraiti ölkənin şimal-qərb bölgəsində taxıl zəmilərinə ciddi ziyan vurub. Güclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Son iki gündə ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub. Yerli fermer Həmzət Abbasovun Sputnik-in bölgə müxbirinə verdiyi məlumata görə, güclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb.

Mövcud vəziyyət daha çox Qaxın Zəyəm, Qarabaldır, Şotavar və Ağyazayı kəndlərinə ziyan vurub. Belə ki, on hektarlarla taxıl sahəsi leysan yağışlardan əmələ gəlmiş sel sularının altında qalıb.

© Sputnik / Shahperi AbbasovaQeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub.
Qeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub - Sputnik Azərbaycan
1/4
Qeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub.
© Sputnik / Shahperi AbbasovaGüclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb.
Güclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb - Sputnik Azərbaycan
2/4
Güclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb.
© Sputnik / Shahperi AbbasovaLeysan xarakterli yağışlar taxıl zəmilərinin yatmış vəziyyətə düşməsinə gətirib çıxarır.
Leysan xarakterli yağışlar taxıl zəmilərinin yatmış vəziyyətə düşməsinə gətirib çıxarır - Sputnik Azərbaycan
3/4
Leysan xarakterli yağışlar taxıl zəmilərinin yatmış vəziyyətə düşməsinə gətirib çıxarır.
© Sputnik / Shahperi AbbasovaTez-tez yağan yağışlar məhsuldarlığa da mənfi təsir göstərir.
Tez-tez yağan yağışlar məhsuldarlığa da mənfi təsir göstərir - Sputnik Azərbaycan
4/4
Tez-tez yağan yağışlar məhsuldarlığa da mənfi təsir göstərir.
1/4
Qeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub.
2/4
Güclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb.
3/4
Leysan xarakterli yağışlar taxıl zəmilərinin yatmış vəziyyətə düşməsinə gətirib çıxarır.
4/4
Tez-tez yağan yağışlar məhsuldarlığa da mənfi təsir göstərir.

Qeyd edək ki, hazırda da leysan xarakterli yağışlar və küləkli hava şəraiti davam edir. Bu da taxıl zəmilərinin yatmış vəziyyətə düşməsinə gətirib çıxarır. Habelə, tozlanma və sütül-mum yetişmə dövründə olan taxıl zəmisinin gələcək məhsuldarlığına mənfi təsir göstərir.

Qeyd edək ki, analoji hadisəyə sözügedən bölgədə tez-tez rast gəlinir.

Xəbər lenti
0