Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda "silah taciri" yaxalandı

© gazeta-bam.ruhəbs
həbs - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəklərdə saxta profillər vasitəsilə, özünü onlayn silah satan şəxs kimi təqdim edərək, çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanılıb.

BAKI, 2 may — Sputnik. Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Sputnik Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində "İnstaqram" və "Facebook" sosial şəbəklərində saxta profillər vasitəsilə özünü guya onlayn silah satan şəxs kimi təqdim edərək çoxsaylı vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanılıb.

Следственный изолятор. Архивное фото - Sputnik Azərbaycan
QHT rəhbəri dələduzluğa görə 10 il azadlıqdan məhrum edilib

Araşdırmalarla müəyyən edilib ki, E.Ağaməmmədzadə "İnstaqram" sosial şəbəkəsində yaratdığı "arif_memmedov.85", eləcə də "baku_orujie_online" adlı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib. Silah almaq istəyən şəxslər onlayn sistemlər vasitəsilə ödəniş edəndən sonra E.Ağaməmmədzadə zərərçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0