Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah yağış yağacaq

© Sputnik / Xalid MemmedovBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 3-dək davam edəcək.

BAKI, 1 may — Sputmik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, hava axşam dəyişkən buludlu olacaq, şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19  dərəcə isti olacaq. Atmosfer təzyiqi 757  mm civə sütunu, nisbi rütubət 75-85  faiz təşkil edəcək.

Mayın 2-də Azərbaycanın rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15  dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin mayın 3-dək davam edəcəyini açıqlayıb. 

Xəbər lenti
0