BAKI, 1 may — Sputnik. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Suriyanın yaxın gələcəyini prezident Bəşər Əsədsiz görmədiyini bildirib. Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ştaynmayer bunu “Welt am Sonntag” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Cenevrədə aparılan danışıqlarda hələlik Bəşər Əsədin prezident postunu təcili və təxirəsalınmaz sürətdə tərk etməsi məsələsi müzakirə olunmur.
“Söhbət icra səlahiyyətlərinə malik olan və tərkibində müxalifət və rejim nümayəndələrinin təmsil olunacağı səmərəli keçid hökumətinin yaradılmasından gedir”, — deyə Frank-Valter Ştaynmayer qeyd edib.