BAKI, 30 apr — Sputnik. İsraildə çıxan Haaretz qəzetində “Türklər geri döndü, Təl-Əvivdə qüllələrin yarısını inşa edirlər” başlıqlı məqalə dərc edilib.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, yazıda Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşma prosesinə girdiyi, Türk inşaat şirkətlərinin İsraildə əhəmiyyətli işlər gördükləri qeyd edilib.
Məqalədə deyilir ki, “Yılmazlar” şirkəti Təl-Əvivdə böyük mərtəbəli layihələrin az qala yarısını həyata keçirirlər. Şirkətin İsraildə 1200 işçisi var. İşçilərin hamısı Türkdür. “Yılmazlar” şirkətinin sahibi Ahmet Arikdir. Şirkətin İsraildəki nümayəndəsi Nisim Gayusdur.
“Yılmazlar” şirkətinin sahibi Ahmet Arik inşaat işləri ilə əlaqədar deyib ki, xarici bir şirkət olaraq İsraildə fəaliyyət göstərməyin çətinlikləri var. Bunların ən vacibi vergidir. İşçi başına daha hər ay 1000 dollar ödəyirik. Bürokratiya da çox mürəkkəbdir.
Şirkətin İsraildəki nümayəndəsi Nisim Gayus isə ona dəstək olaraq deyib ki, İsrail hökuməti əcnəbi işçilərdən aldığı vergini aşağı salmalıdır. Bu avtomatik olaraq evin qiymətlərinə də öz təsirini göstərəcək. Türklərin İsraildə böyük inşaat işlərinin aparması tarixi 1996-cı ilə qədər söykənir.
2003-cü ildə İsrailin Türk inşaat firmalarına verdiyi geniş icazələrlə əlaqələr möhkəmləndi. İsrail o dövrlərdə Türk tanklarının modernizasiyasını həyata keçirirdi.