BAKI, 30 apr — Sputnik. Sumqayıtda başqa bir dilənçilik növü yaranıb. Belə ki, mərkəzi küçələrdə lap Sumqayıtın giriş hissəsində bir qrup azyaşlı və cavan oğlanlar əlil kimi gəzərək dilənirlər. Ən dəhşətlisi odur ki, onlar əlil deyil, sadəcə fırıldaqçıdırlar. Bununla da əlil olan vətəndaşların imicinə xələl gətirirlər.
Sputnik xəbər verir ki, bunu millət vəkili Elmira Axundova dünən keçirilən parlamentin iclasında deyib.
O, bildirib ki, dövlət əlil vətəndaşlarımıza kifayət qədər diqqət və qayğı göstərir: “İradım Sumqayıt və digər yerlərdə özünü əlil kimi göstərərək insanların duyğularından istifadə etməklə pul yığan şəxslərlə bağlıdır”.