BAKI, 29 apr – Sputnik. "Helikopterin qəzaya uğraması nəticəsində sərnişinlərin hamısı həlak olub. Onların sayı barədə isə hələlik açıqlama verə bilmirik. Təxmini 11-13 arası olduğu güman edilir".
Sputnik xəbər verir ki, bunu Norveçli polis şefi Murten Kronen bildirib. O, ölənlərin cəsədlərini qurudan aşkarladıqlarını vurğulayıb. Polisin məlumatına görə, helikopterin hissələri suyun 7-9 metr dərinliyindən çıxarılıb.
Qeyd edək ki, helikopter operatoru "Statoil" dövlət neft şirkəti olan "Gullfaks B" neft-qaz platformasından Norveçin Bergen hava limanına doğru hərəkət edirmiş.