QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bir-biri ilə çəkişən müsəlman ölkələri Azərbaycana nə verə bilər?

© Sputnik / Fuad HasanovPolitoloqlar Qabil Hüseynli, Elxan Şahinoğlu, İlqar Vəlizadə və Fikrət Sadıxov Sputnik Azərbaycanın mətbuat mərkəzində
Politoloqlar Qabil Hüseynli, Elxan Şahinoğlu, İlqar Vəlizadə və Fikrət Sadıxov Sputnik Azərbaycanın mətbuat mərkəzində - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloqlar Azərbaycanın islam ölkələri ilə əməkdaşlığını müzakirə ediblər. Siyasi müşahidəçilər İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolu ilə bağlı yekdil fikirə sahib deyillər.

Bir-biri ilə çəkişən müsəlman ölkələri Azərbaycana nə verə bilər?
BAKI, 29 apr — Sputnik. "Azərbaycanın son dövrlərdəki xarici siyasət xətti bir sıra ciddi uğurlar qazanıb. 1994-cü ildə dünya miqyasında diplomatik dəstək əldə etmək üçün çox ciddi cəhdlər edildi. MDB ölkələri ilə keçirilən görüşlərdən başqa Fransa, Böyük Britaniya, Çin və digər ölkələrə səfərlər təşkil olundu. Nəticədə, Azərbaycanın bir çox ölkələrlə, o cümlədən islam ölkələri ilə uğurlu münasibətləri quruldu".
Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Arxiv - Sputnik Azərbaycan
TƏHLİL
Dağlıq Qarabağ münaqişəsində yolayırımı: tərəflər nədə razılığa gələ bilmir?

Bunu Sputnik Mətbuat Mərkəzində, "Cənubi Qafqaz" politoloqlar klubunun "Azərbaycanın islam ölkələri ilə əməkdaşlığı cari siyasət kontekstində" mövzusunda, bu gün keçirilən toplantısında, politoloq Qabil Hüseynli deyib. Azərbaycanın islam ölkələri ilə uğurlu əməkdaşlığından söz açan politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı Qarabağ probleminə aid təmas qrupunun yaradılması haqda qərar verib.

Onun sözlərinə görə, bu istiqamətlə müəyyən işlər görmək lazımdır: "Orada təmas qrupunun yaradılması ilə bağlı qərar verildi. Mən heç o vaxt da anlamadım, bu qrupun fəaliyyət çərçivəsi nə olacaq və o, nə ilə məşğul olacaq? Üstündən artıq bir müddət keçib. Əgər bu qurum ciddi bir struktura çevriləcəksə, artıq bu istiqamətdə işləmək lazımdır, çünki bizim əsas strateji müttəfiqlərimiz məhz islam dövlətləri arasındadır".

"Üç strateji müttəfiqimiz var ki, Ermənistanla diplomatik münasibət qurmayıb — Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı. Onların üçü də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Ona görə, biz bu məkandan mümkün qədər istifadə etməliyik. Bu təşkilat hər dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini vurğulayan açıqlamalar verir", — E. Şahinoğlu əlavə edib.

Lakin Fikrət Sadıxov belə düşünmür. Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatı böyük bir güc olsa belə, Qarabağ mövzusunda müsbət nəticəyə nail ola bilməyəcək: "Mən inanmıram ki, bu təmas qrupu nəyəsə qadir olsun, hansısa bir müsbət nəticə versin. Çünki onlar böyük bir gücdür, amma onların öz vəziyyətləri kifayət qədər mürəkkəbdir".

"Ərəb ölkələrinin bir sıra əraziləri İsrail tərəfindən zəbt olunub, bəziləri bir biri ilə vuruşur. Digər tərəfdən, İran və Türkiyənin münasibətləri o qədər də xoşagələn deyil, orada həmçinin Səudiyyə Ərəbistanı və Suriya amilləri var. Əgər bunların arasında vahid bir konsepsiya şəklində siyasi prioritetlər cızılsaydı, bəlkə də onlar nəyəsə nail ola bilərdi", — F. Sadıxov vurğulayıb.

Qeyd edək ki, "Cənubi Qafqaz" politoloqlar klubunun 42-ci iclasında Qərb Universitetinin professoru Fikrət Sadıxov, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu və Bakı Dövlət Universitetinin professoru Qabil Hüseynli iştirak edib.

Xəbər lenti
0