Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Kişiləri cuşa gətirmək üçün xanımları yarıçılpaq oynamağa məcbur edirdilər"

© Sputnik / Kamilla AliyevaRəqqaslar
Rəqqaslar - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Rəqs Günündə Azərbaycan rəqsinin və rəqqaslarının günü: "Onların heç biri peşəkar dərs almayıb. Həmin rəqqasələr sadəcə pul qazanmaq üçün oynayırlar, peşəkarlıqdan söhbət gedə bilməz"

BAKI, 29 apr — Sputnik. Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür. Bu münasibətlə Sputnik əməkdaşı, əməkdar artist Tahir Eynullayev, xoreoqraf Şəhriyar Cəfərov və bəstəkar Günel Eynullayeva ilə söhbətləşib.

- Bizim rəqslərin çoxunu digər millətlər oğurlayıb öz adlarına çıxarırlar. Sonra bu rəqsin bizim olduğunu sübut etməkdə çətinlik çəkirik. Kimdir günahkar?

Tahir Eynullayev: "Biz özümüz öz rəqslərimizi qorumuruq. Müasirlik qatıb rəqslərin unudulmasına şərait yaradırıq. Sonra da kimlərsə bizdən götürüb öz adlarına çıxanda ayağa qalxırıq ki, bizim rəqsdir. Günah biz rəqqaslarda və xoreoqraflardadır".

Rəqqaslar - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan rəqqasları üç nəfərin çörəyini yeyir

Şəhriyar Cəfərov: "Bu problem həmişə olub. Sovet dövründə erməni Aram Xaçaturyan özünün ilk baleti olan "Qəyanə"də sırf Azərbaycan musiqilərindən istifadə edib. "Uzundərə", "Ənzəli" kimi musiqilərimiz olub. Üzeyir Hacıbəyov milli rəqslərimizi nota köçürüb və bir çox əsərlərində rəqslərimizi istifadə edərək tarixin yaddaşına hopdurub. İndi biz rəqqasların boynuna böyük yük düşür. Məhz bizlər o rəqsləri olduğu kimi yaşatmalı və gələcək nəsillərə ötürməliyik".

- Efirlərdə oynanılan rəqslər içində milli rəqslərə az yer verilir. Milli oyunlara marağı artırmaq üçün nə etmək lazımdır?

Şəhriyar Cəfərov: "Artıq əvvəlki kimi insanlar konsertdə tək rəqsə baxmağı sevmirlər. Tamaşaçılar səhnədə şou görmək istəyirlər. Bunun üçün rəqslərlə yanaşı səhnəni dizayn edərək fərqli səhnə tərtibatı yaratmaq və milli rəqslərimizi nümayiş etdirmək lazımdır. Bu zaman rəqslərə böyük tələbat yaranar. Hər bir rəqs tamaşa kimi göstərilməlidir. Milliliyimizi itirməməliyik. Bəzi rəqqaslar videolardan bir neçə rəqslərə baxıb hərəkətlər götürüb rəqs qururlar. Bu rəqs deyil, hərəkət yığınıdır. Belə rəqslərlə peşəkarlıqdan danışmaq olmaz".

- Son zamanlar açıq geyimli xanımların "ərəb rəqsi" adı altında şənliklərdə açıq-saçıq rəqslər nümayiş etdirmələrinə necə baxırsınız?

Şəhriyar Cəfərov: "Ərəb rəqsləri ən çətin oynanılan rəqslərdəndir. Onları qapalı geyimlərlə də oynamaq lazımdır. Amma bizim rəqqasələrin oynadıqları göbək rəqsi ərəb rəqsi yox, saray rəqsidir. Ərəb üslubunda rəqslər də müxtəlifdir. Qarın rəqslərində məcburən qarın açıq olmalıdır. Qarın rəqsi "Şərqin striptizidir". Bu, rəqsin xarakteridir. Göbək rəqsi sarayda yaranıb. Keçmişdə saray kişilərini cuşa gətirmək üçün əsir xanımları yarıçılpaq oynamağa məcbur ediblər. Məhz həmin rəqslərdir ki, saraylardan səhnələrə gəlib. O ki qaldı bizim göbək rəqsi oynayan rəqqasələrə, onların heç birinə peşəkar rəqqas demək olmaz. Onların heç biri peşəkar dərs almayıb. Həmin rəqqasələr sadəcə pul qazanmaq üçün oynayırlar, peşəkarlıqdan söhbət gedə bilməz".

Azərbaycanın milli rəqsləri - Sputnik Azərbaycan
Beynəlxalq Rəqs Günü

- Rəqqas olaraq sizlərin gəlir mənbəyi haradandır?

Şəhriyar Cəfərov: "Müasir dövrümüzdə rəqqasların məvacibləri çox azdır. Ona görə əlavə işlə məşğul olaraq pul qazanırıq. Məsələn, rəqs dərnəyi açırıq, toylarda qrup yaradaraq çıxış edərək pul qazanırıq. Bir sözlə, rəqqaslar indiki dövrdə məcburdurlar ki, rəqslərini satıb pul qazansınlar".

- Toylarda nümayiş olunan rəqslər sizi qane edir?

Günel Eynullayeva: "Mən rəqqasə kimi yox, bəstəkar kimi deyə bilərəm ki, həmin rəqslər elə də peşəkar deyil. Bayağı mahnılar efirlərdə səslənir və insanların zövqü pis formalaşır. Həmin mahnılar efirlərdən toy səhnələrinə gəlir və onun sədası altında rəqs edilir. Düşünürəm ki, efirlərdə mahnılara senzura qoyulmalıdır. Bu zaman insanların musiqi zövqü daha da yaxşıya doğru düzələr. Ondan sonra toylardakı musiqilər və rəqslər qaneedici olar".

Xəbər lenti
0