BAKI, 29 apr — Sputnik. "Dünən gecə sakitlik oldu, rahat yata bildik. Bu gündən əhali mal-qarasını otlaqlara buraxıb, əkin sahələrimizdə işə başlamışıq".
Bunu Sputnik-ə, Ağdamın təmas xəttə yaxın olan Mahrızlı kəndində yaşayan məcburi köçkün Elxan Mirzəliyev deyib. Onun sözlərinə görə, aprelin 26-27-sindəki atışma nəticəsində kənddə bir neçə evə və fərdi təsərrüfata ciddi zərər dəyib.
"Bir ev tam yanıb, bir neçəsi zədələnib. Düşən mərmilər taxıl sahələrində talalar yaradıb", —deyə sakin bildirib.