BAKI, 28 apr — Sputnik. Mədəniyyət və Turizm Nazirliyi Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri vəfat edib. Şöbə müdiri Nəzir Omarov Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının təntənəli açılış mərasimində iştirak edərkən vəziyyəti qəflətən pisləşib. Hadisə yerinə təcili tibbi yardım heyəti cəlb olunsa da, N. Omarovun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, 1954-cü il təvvəllüdlü şöbə müdirinin ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Qeyd edək ki, N.Omarov 1993-cü ildən Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışıb. Mərhumun iki oğlu, bir qızı var.