BAKI, 28 apr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki baş konsullarının geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.
Sputnik-in xəbərinə görə, Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən, Sultan Məhəmməd oğlu Qasımov isə Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.