BAKI, 28 apr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura, Cenevrədə aparılan Suriya danışıqları ilə bağlı BMT Təhlükəsizlik Şurasını telekonfrans yolu ilə məlumatlandırdıqdan sonra jurnalistlərə açıqlamalar verib. Sputnik TRT-yə istinadən xəbər verir ki, Steffan de Mistura, danışıqlar müddətində tez-tez arzuolunmaz hadisələrin yaşandığını deyib.
"Hələbin şərqində xəstəxanaya hava hücumu təşkil edildi və orada olan sonuncu uşaq həkimi də öldürüldü. Şamda 15 nəfər öldürüldü, 30 nəfər yaralandı. Son 48 saatda hər 25 dəqiqədə bir suriyalı qətlə yetirildi, hər 13 dəqiqədə isə bir nəfər yaralandı və bütün bu olaylar danışıqların bu mərhələsinə olduqca pis təsir göstərdi", — deyə BMT nümayəndəsi bildirib.
Tərəflər arasında hələ də böyük fikir ayrılıqları olduğunu söyləyən De Mistura iyul ayına qədər ən az bir, yaxud iki turda görüşlər olacağını bildirib. Steffan de Mistura atәşkәs rejimini bәrpa etmәk mәqsәdi ilә gәlәn hәftә Moskvada görüşlәr keçirәcәk.