Arxeoloqların araşdırmasına görə, bu tapıntının yaşı 4800 ildir. Tayvan Milli Muzeyinin səlahiyyətliləri tapılan nümunələri Tayvanda ən qədim insanlara aid sübutlar kimi dəyərləndirdiklərini açıqlayıblar. Ortaya çıxarılan nümunələr içərisində ən təsirlisi isə, uşağına sarılmış və başını aşağı əyərək uşağına baxan bir ana skeletidir.
Tayvan Milli Muzeyinin Təbiət Elmləri və Antropologiya Departamentinin kuratorlarından biri Chu Whei-Lee deyib: "Qazıntılar zamanı üzə çıxarılan ana və uşağın qalıqları bütün arxeoloqları və qazıntı işlərini aparanları şok edib. Çünki ana qolunda tutduğu uşağına baxan vəziyyətdə idi".
Toplu məzarlıqda 2014-cü ilin mayında başlanan qazıntı işləri bir ilə yaxın sürüb. Qalıqların yaşını müəyyənləşdirmək üçün karbon testi həyata keçirilib. Bu qalıqlar arasında beş uşaq cəsədi də olub.