Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti 50 dollara yaxınlaşır

© Sputnik / Murad OrujovBakıda neft buruqları
Bakıda neft buruqları - Sputnik Azərbaycan
Abunə olmaq
Londonun İCE birjasında "Brent" nefti son 5 ay yarımın ən baha qiymətinə - 47,50 dollara alıcı axtarır. "Layt" markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45 dollardan baha satılır.

ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsini artırmaması fonunda "Brent" markalı neftin bir barelinin qiyməti 48 dollara yaxınlaşır. Sputnik xəbər verir ki, Londonun İCE birjasında "Brent" nefti son 5 ay yarımın ən baha qiymətinə — 47,50 dollara alıcı axtarır.

"Layt" markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45 dollardan baha satılır. Analitiklər həm FES-in, həm də Yaponiya Mərkəzi Bankının (BOJ) faiz dərəcəsində və pul siyasətində dəyişiklik etməməsindən sonra neftin qiymətinin bahalaşmaqda davam edəcəyi qənaətindədirlər.

Xəbər lenti
0